Şrift:
Tacikistanda koronavirusa yoluxanların sayı üç mini keçib
26.05.2020 [10:15] - Gündəm, Sosial
Son 24 saat ərzində Tacikistanda COVID-19-a yoluxanların sayı 171 xəstə artıb və 3100 nəfərə çatıb.

Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, pandemiya dövründə 1395 nəfər sağalıb, 46 nəfər ölüb.

Məlumatda bildirilir ki, karantində 2773 nəfər var.

Ölkədə koronavirusla mübarizəyə 7 min 500 həkim, 25 mindən artıq orta tibb personalı cəlb olunub.

Koronavirusla mübarizə üçün Çindən Tacikistana çarter reysi ilə 14 virusoloq gətirilib.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed