Şrift:
Ukraynada koronavirusdan ölənlərin sayı 644 nəfərə çatıb
26.05.2020 [11:40] - Gündəm, Sosial
Ukraynada son sutkada 339 nəfər koronavirusa yoluxub, 21 nəfər isə ölüb.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 22 mini ötüb. Onlardan 1581-i uşaq, 4183-ü isə tibb işçisidir. Virusdan ölənlərin sayı 644 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 7575-i müalicə olunaraq evlərinə buraxılıb. Koronavirusla bağlı 301 mindən artıq test aparılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed