Şrift:
Qərbi Azərbaycanda daha 109 nəfər koronavirusa yoluxub
26.05.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 4757 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 3111 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 210 nəfər olduğunu deyib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2632 nəfərə çatıb. Əyalətdə son 24 saatda 16 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1139 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 9 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 126 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 936 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed