Şrift:
Çinin İrandan neft idxalatı əhəmiyyətli dərəcədə azalıb
26.05.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, göstərilən müddətdə İranın Çinə neft satışı 24 faiz azalıb.



Statistikada İslam Respublikasının 4 ay ərzində Çinə satdığı neft və qeyri- neft məhsullarının ümumi dəyərinin 2 milyard 360 milyon dollar həcmində olduğu qeyd edilir. Hansı ki, bu rəqəm 2019-cu ilin oxşar dövründə 6 milyard dollardan çox təşkil edirdi.



Çinin Gömrük İdarəsinin statistikasına görə, bu ölkə yanvar ayından aprel ayına qədər İrandan orta hesabla gündəlik 566 milyon dollar dəyərində olan 91 min barel neft idxal edib. Bu rəqəm Çinin İrandan neft alışının 2019-cu ilin eyni dövrünə nisbətən 6 dəfə, ödənilən məbləğin isə 7.5 dəfə azaldığını göstərir.



İranın Çinə ixracatında azalma baş versə də, ötən illə müqayisədə bu ölkədən etdiyi idxalat 3% artmaqla, 2 milyard 926 milyon dollara yüksəlib.



Çinin İranın ən böyük ticari tərəfdaşı olmasına baxmayaraq, son 2 ildə Amerika Birləşmiş Ştatlarının sanksiyaları səbəbindən iki ölkə arasında idxal-ixrac kifayət qədər azalıb. Belə ki, cari ilin ilk 4 ayının statistikasının 2018-ci ilin analoji dövrü ilə müqayisəsi Çinin İrandan idxalatının 70%, bu ölkəyə ixracatının isə 48%-dən çox azaldığını nümayiş etdirir.
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed