Şrift:
İranda daha 57 nəfər koronavirusdan ölüb, 1787 nəfər infeksiyaya yoluxub
26.05.2020 [14:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cahanpur deyib ki, İranda son bir sutka ərzində daha 57 nəfər koronavirusdan ölüb, 1787 yeni “Covid-19” xəstəliyinə yoluxma halı aşkar edilib: “Bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 7508 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 139 min 511 nəfərə yüksəlib.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 109 min 437 nəfərə çatıb.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicə alan 2567 xəstənin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.




Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7508 nəfərə, yoluxanların ümumi sayının isə 139511 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 46000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed