Şrift:
3 Güney azərbaycanlı qız Almaniyanı heyrətləndirdi - VİDEO - FOTO
17.10.2012 [12:23] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Əslən Güney Azərbaycan -dan olan qızlar Almaniyada keçirilən "Super Talant" musiqi müsabiqəsində səhnəyə çıxanda utanır, nə deyəcəklərini bilmirdilər.

Onlar "Fantasia" ariozosunu ifa edəndən sonra münsiflər heyəti və zaldakı tamaşaçılarla yanaşı, milyonlarla alman da heyrətlənib.
Çünki qızların ifası peşəkar opera müğənnilərindən çox az fərqlənirdi.

Zal Nazənin, Şirin və Nəsrini ayaqda alqışlayıb.

Onların dediklərinə görə, valideynləri İranı tərk edəndən sonra Avstriyaya mühacirət ediblər.

Nazənin Əzizi, Şirin Əsgəri və Nəsrin Əsgəri indi Avstriya ilə Almaniyanın müxtəlif səsyazma studiyaları, şouları və telekanallarından dəvətlər alırlar.

Soprano səslərə malik qızlar Almaniyada "Le Tre Orfei" qrupu kimi tanınırlar.
http://video.day.az/view=rf8k8bsn
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed