Şrift:
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1520 nəfərə çatıb
27.05.2020 [10:30] - Gündəm, Sosial
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1520 nəfərdir, bunun 299-u tibb işçiləridir.

Bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə bildirib.

Nazir müavini deyib ki, indiyədək bu virusa yoluxan 1043 xəstə sağalıb, 16 nəfər ölüb.

O bildirib ki, hazırda xəstəxanalarda 461 pasiyent müalicə edilir, bunların 9-nun vəziyyəti ağır qiymətləndirilir, 4-ü reanimasiya şöbəsindədir.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed