Şrift:
Azərbaycanda 32 həkim fizioterapiya, tibbi bərpa və terapiya ixtisasları üzrə imtahanlardan keçə bilməyib
27.10.2011 [17:21] - Gündəm
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 26-da fizioterapiya və tibbi bərpa və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 222 nəfəri uğurlu nəticə əldə edə bilib.
Növbəti test imtahanları noyabrın 2-də mamalıq-ginekologiya və nevrologiya ixtisasları üzrə keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed