Şrift:
İranda Vəkil və mədəni fəal Süheyla Hicab döyülərək həbs edilib
28.05.2020 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hazırda Vəraminin Qərçək zindnında saxlanılan vəkil Süheyla Hicab, hüquq müdafiəçiləri ilə telefon danışığında bildirib ki, o, barəsində çıxarılmış 18 il həbs qərarına yenidən baxılması üçün mayın 23-də keçirilən Tehran Apellyasiya Məhkəməsinin iclasından sonra “Sepah” əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.


Şahidlərin bildirdiyinə görə, “Sepah” əməkdaşları Süheyla Hicabı məhkəmə zalından çıxarkən saxlayaraq, saçından tutub yumruq və təpik zərbələri altında asfalt üzərində darta-darta zorla maşına mindirib Qərçək həbsxanasına aparıblar.


Bildirilir ki, Süheyla Hicab bu ilin mart ayında sistemə qarşı təbliğat aparmaqda, qadın hüquqlarını müdafiə etmək üçün dəstə yaratmaqda və islam respublikası konstitusiyasının dəyişdirilməsi üçün ölkədə ümumxalq referendum keçirilməsini tələb etməkdə günahlandırılaraq, 18 il həbsə məhkum edilib.


Qeyd edilir ki, vəkil Süheyla Hicab ölkədə hüquq müdafiəsi sahəsində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə həbs edilərək, ETTELAAT əməkdaşlarının təzyiq və təhdidinə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed