Şrift:
Xuzistanda 14 ərəb fəalı həbs edilib
28.05.2020 [12:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Xuzistan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Heydər Abbaszadə mayın 27-də mediaya açıqlama verib.


Həbs edilən ərəb fəallarını separatizmdə və təkfirçi qüvvələrə bağlılıqda günahlandıran polis komandanı deyib ki, ərəb fəallarını tutmaq üçün yerli hüquq-mühafizə qüvvələri mülki geyimli ETTELAAT əməkdaşları ilə birlikdə 4 əməliyyat keçirib: “Mahşəhrdə polis və təhlükəsizlik qüvvələrinin birgə gerçəkləşdirdiyi dörd əməliyyatda əyalətdə hüquq polis və “Bəsic” qərargahlarına qarşı silahlı basqınlarda əli olan 8 nəfər, eləcədə saxta “Əl-Əhvaziyyun” bayrağını şəhər divarlarına yapışdıran və bayraq gəzdirərək klip çəkdirib xaricə göndərən separatçı və təkfirçi qruplara bağlı 6 nəfər həbs edilib.



Keçirilən əməliyyatlarda müttəhimlərin gizləndiyi məkanlarda yoxlamalar aparılıb, onlara məxsus 5 ədəd mototsiklet və 12 ədəd telefon aşkarlanaraq götürülüb.


Hər 14 ərəb fəalına qarşı cinayət işi açılıb və onlardan 9-u artıq həbsə salınıb, 5-i isə hazırda dindirilir” -deyə, Xuzistan hüquq-mühafizə qüvvələrinin komandanı Heydər Abbaszadə əlavə edib.


Qeyd edək ki, İran rejimi həmişə olduğu kimi bu gün də öz milli və dini hüquqları uğrunda sivil yolla dinc mübarizə aparan qeyri-fars millətlərin fəallarını separatizmdə günahlandıraraq repressiyalara məruz qoyur, zindanlara salaraq edam edir və bu yolla onları susdurmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed