Şrift:
İranda daha 63 nəfər koronavirusdan ölüb
28.05.2020 [14:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cahanpur mediaya açıqlamasında deyib ki, son bir sutka ərzində İranda daha 63 nəfər “Covid-19” infeksiyasından həyatını itirib, 2258 yeni koronavirusa yoluxma faktı aşkarlanıb: “Bununla da ölkədə bu günə qədər pandemiya yoluxucu xəstəliyindən ölənlərin sayı 7627 nəfərə, xəstəliyə tutulanların sayı isə 143 min 849 nəfərə çatıb.


Həmçinin, dünəndən bu günə qədər xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 112 min 988 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2543 xəstənin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.


Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7627 nəfərə, yoluxanların sayının isə 143849 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 46000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed