Şrift:
Azərbaycanda koronavirusa daha 191 yoluxma faktı qeydə alınıb, 125 nəfər sağalıb
28.05.2020 [19:45] - Xəbərlər, Siyasət
Hazırkı dövrədək Azərbaycan 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat etmiş, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed