Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb
29.05.2020 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 4949 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, infeksiyadan ölənlərin sayı isə 216 nəfərə çatıb.





Ağazadə xəstəliyə yoluxanlardan 3246 nəfərinin tam sağalaraq evə buraxıldığını açıqlayıb.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2704 nəfərə çatıb. Əyalətdə son 24 saatda 46 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib. Lakin keçən 24 saat ərzində 2 nəfərin koronavirusdan öldüyü açıqlanıb.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1147 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 4 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 128 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 945 nəfərinin tam sağaldığını bildirib.





Həmədan əyalətində də son açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1028 nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 108 nəfərə çatıb.





Güney Azərbaycanın Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed