Şrift:
Türkiyənin İrandan qaz alışı əhəmiyyətli dərəcədə azalıb
29.05.2020 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprel ayında kürd terror təşkilatları tərəfindən Türkiyə ərazisində partladılmış iki ölkə arasında qaz nəqli xəttinin bərpa edilməməsi isə cari ilin 2-ci 3 ayının başlanğıcından bu tərəfə qaz nəqlinin dayanmasına səbəb olub.


Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Mərkəzinin məlumatına görə, 2020-ci ilin ilk 3 ayında bu ölkə İrandan 2 milyard kub metr həcmində qaz alıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 15% azalmanın olduğunu göstərir.


Mart ayında İranın Türkiyəyə qaz ixracatında 20%-dən çox azalma müşahidə edilib. Mövcud vəziyyət cari ilin 2-ci 3 ayı ərzində Türkiyənin İrandan 1 kub metr belə neft almayacağından xəbər verir.


Məlumatda Türkiyənin Rusiyadan da qaz idxalatını kəskin azaltdığı deyilir. Mart ayı ərzində Türkiyə Rusiyadan 390 milyon kub metr qaz alıb. Bu isə 2019-cu ilin eyni dövrünə nisbətən 72% azalmanın olduğunu nümayiş etdirir.


Bu vəziyyətə əsas amil kimi dünya enerji bazarında maye qazın qiymətinin kəskin azalması göstərilir. Mart ayı ərzində Türkiyə digər ölkələrdən savayı, Amerika Birləşmiş Ştatlarından maye qaz alışını ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artırıb.


Digər tərəfdən, Türkiyənin Dövlət Gömrük Komitəsinin yaydığı statistikada bu ölkənin mart ayı ərzində İrandan müxtəlif əmtəələr və qaz da daxil olmaqla, ümumilikdə 33 milyon dollar dəyərində məhsul idxal etdiyi qeyd edilir. Bu isə ötən ilin eyni ayına nisbətən 19 dəfə azalma deməkdir.


Rəsmi Ankara 2019-cu ilin 2-ci yarısından isə İrandan neft alışını tamamilə dayandırıb.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed