Şrift:
Sərdəştdə baş verən silahlı qarşıdurmada 3 İran sərhədçisi həlak olub
29.05.2020 [11:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, hadisə bu gün sübh saatlarında Sərdəştin sərhəd məntəqəsində baş verib. Bölgədə reyd keçirən sərhədçilərlə rejimə müxalif yaraqlı kürdlər arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində 3 İran sərhədçisi həlak olub. Həlak olan İran sərhədçilərinin adları və silahlı insitentin detalları mediaya açıqlanmayıb.



Baş vermiş insidentlə bağlı mediaya açıqlama verən Qərbi Azərbaycanın sərhəd komandiri Yəhya Hüseynxani, silahlı qarşıdurmada bir neçə yaraqlı kürdün də öldürüldüyünü bildirsə də, onların hansı müxalif kürd təşkilat və ya qrupuna bağlılığı barədə hər hansı bir məlumat yaymayıb.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed