Şrift:
İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb
29.05.2020 [15:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Halbuki bu rəqəm ötən ilin oxşar dövründə 2, 2018-ci ildə isə 3.3 milyard dollardan çox təşkil etmişdi.


Hindistan hökumətinin yaydığı rəsmi statistikalar həmçinin bu ölkənin İrana ixracatının da sözügedən dövrdə 38% azalmaqla, 808 milyon dollara qədər endiyindən xəbər verir.


Məlumatlar göstərir ki, Amerika Birləşmiş Ştatlarının sanksiyalarından əvvəl Hindistana ixracatı bu ölkədən etdiyi idxalatdan təqribən 5 dəfə çox olan İranın cari ilin ilk 3 ayı ərzində Hindistandan aldığı əmtəələrin dəyəri bu ölkəyə satdığı məhsullardan 10 dəfə çoxdur.


Çindən sonra İran neftinin ən böyük müştərisi olan Hindistan 2019-cu ilin 2-ci yarısından etibarən bu ölkədən qara qızıl alışını tamamilə dayandırıb.


Çinin yaydığı statistikalarda da bu ölkənin İranla etdiyi ticarətin həcmində kəskin geriləmə olduğu müşahidə edilir.


Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu 2020-ci il ərzində İranın neft, qeyri-neft və xidmət sektoru ixracatının 46 milyard dollar həcmində olacağını proqnozlaşdırır. Bu rəqəm İranın ötən il etdiyi ixracatın yarısından da azdır.
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed