Şrift:
İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub
29.05.2020 [15:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında məlumat yayıb.



Cahanpurun dediyinə görə, bununla da ölkədə pandemiya yoluxucu xəstəliyindən ölənlərin sayı 7677 nəfərə, infeksiyaya yoluxanların sayı isə 146 min 668 nəfərə yüksəlib.



Son 24 saat ərzində həmçinin xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq 114 min 931 nəfərə atıb.



Cahanpurun bildirdiyinə görə, koronavirusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2547 xəstənin vəziyyəti ağırdır.


Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7677 nəfərə, yoluxanların sayının isə 146668 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 46500 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed