Şrift:
Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadılır
29.05.2020 [16:39] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırmışdır.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılmışdır.
Bu xəbər oxucular tərəfindən 179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed