Şrift:
Qaradağ sakinləri də 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcəklər
30.05.2020 [12:03] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı mərkəzin Qaradağ rayonunu da əhatə etməsi üçün müvafiq hazırlıq işləri görülür.

Yaxın aylarda bu işlər yekunlaşandan sonra artıq Qaradağ rayonunun sakinləri də 1 saylı DOST Mərkəzinin xidmətlərindən faydalana biləcəklər.

Ötən ilin may ayından Bakıda 3 DOST mərkəzi yaradılıb və paytaxtın 7 rayonunun əhalisi DOST xidmətləri ilə əhatə olunub.

Bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində 132 növdə xidmət “bir pəncərə”dən təqdim edilir.
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed