Şrift:
İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb
30.05.2020 [12:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İlam Tibb Universitetinin rektoru Məhəmməd Kərimiyan mayın 29-da mediaya açıqlamasında məlumat yayıb.



Kərimiyan bildirib ki, son bir sutka ərzində İlam əyalətində 18 yeni koronavirusa yoluxma halı aşkarlanıb: “Xoşbəxtlikdən son bir gün ərzində İlamda pandemiya yoluxucu xəstəliyindən ölən olmasa da, bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayı 63 nəfərdir.



Həmçinin dünəndən bu günə qədər daha 18 yeni koronavirusa yolxma faktının qeydə alınması ilə İlamda xəstəliyə yoluxanların sayı artaraq, 961 nəfərə yüksəlib” -deyə, İlam Tibb Universitetinin rektoru Məhəmməd Kərimiyan əlavə edib.
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed