Şrift:
Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb
30.05.2020 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Ərdəbil Əyalətində Koronavirusu İdarəetmə Qərargahı mayın 29-da məlumat yayıb.



Yayılan məlumata əsasən, son bir gün ərzində daha 21 koronavirusa yoluxma halının qeydə alınması ilə Ərdəbil əyalətində bu günə qədər pandemiya yoluxucu xəstəliyinə tutulanların sayı 2725 nəfərə çatıb.



Bildirilir ki, koronavirusa yoluxanlardan 1927 nəfəri indiyə qədər tam sağalaraq evə buraxılıb, 110 nəfəri isə hazırda əyalətin müxtəlif şəhərlərinin xəstəxanalarında müalicə alırlar.


Həmçinin, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda saxlanılan 32 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed