Şrift:
İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb
30.05.2020 [14:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur son 1 sutka ərzində 2282 nəfərin infeksiyaya yoluxduğunu, bununla da ümumi xəstələrin sayının 148 950 nəfərə çatdığını bildirib.


Onun sözlərinə görə, indiyədək ölkədə 116 827 nəfər koronavirusdan müalicə olunaraq tam sağalıb. Hazırda vəziyyəti ağır olan 2533 nəfər intensiv terapiya şöbəsində müalicəsini davam etdirir. Sözçü həmçinin qeyd edib ki, bu günə qədər İranda 915 998 koronavirus testi həyata keçirilib.


Cahanpur sonda qeyd edib ki, son 24 saat ərzində 57 yeni ölüm halı ilə koronavirusdan dünyasını dəyişənlərin sayı 7734 nəfərə yüksəlib.


Qeyd etmək lazımdır ki, həm bir çox iranlı rəsmi, həm də digər mənbələr dövlətin təqdim etdiyi statistikaların həqiqəti əks etdirmədiyini, infeksiyaya yoluxanlar və ondan ölənlərin sayının dəfələrlə yüksək olduğunu deyirlər.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed