Şrift:
Yaponiyanın Hokkaydo adasının sahillərində 5,8 bal gücündə zəlzələ olub
31.05.2020 [10:24] - Gündəm, Hadisə
Mayın 31-də, şənbə günündən bazar gününə keçən gecə Yaponiyanın Hokkaydo adasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, yeraltı təkanların episentri Tokati dairəsinin yaxınlığında, ocağı okeanın dindən 90 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed