Şrift:
Qırğızıstanda koronavirusundan 1170 nəfər sağalıb
31.05.2020 [10:37] - Gündəm, Sağlıq
Qırğızıstanda COVID-19 koronavirusundan sağalanların sayı 1170 nəfərdir, son sutka ərzində 57 xəstə evə yazılıb.

Bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.

N. Usenbayev deyib ki, on iki sutka ərzində bu virusa yoluxanların sayı 110 nəfər artıb və 1772-yə çatıb.

Vurğulanıb ki, dünən axşam saatlarında çarter reysi ilə Rusiyanın Yekaterinburq şəhərindən 217 Qırğızıstan vətəndaşı Oş şəhərinə gətirilib və karantinə qoyulub. Onların 16-sı uşaqdır.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed