Şrift:
UNEC-in 90 illik yubileyi ərəfəsində 9-cu ikili diplom proqramı
31.05.2020 [11:45] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti (MTU) arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

UNEC-dən bildirilib ki, İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və Rusiya Ali İqtisadiyyat Məktəbi MTU-nun rektoru Yaroslav Kuzminov tərəfindən imzalanan ikili diplom müqaviləsinə əsasən, maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, marketinq və menecment ixtisaslarının bakalavrları proqramda iştirak edə biləcəklər. Tələbələr ikili diplom proqramına I kursun ikinci semestrindən qoşulacaqlar. Proqramı uğurla bitirərək UNEC-dən məzun olan bakalavrlar 4 ilə hər iki universitetin diplomunu əldə edəcəklər. Müqavilədə müəllim və tələbələrin akademik mübadilədə iştirakı da nəzərdə tutulur.

Beləliklə, UNEC-in xarici universitetlərlə ikili diplom proqramlarının sayı 9-a yüksəlmiş oldu.

Xatırladaq ki, UNEC bakalavr səviyyəsi üzrə Fransanın Monpelye Universiteti və ICD Beynəlxalq Biznes Məktəbi, Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə, magistr səviyyəsi üzrə isə ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Litvanın Mikolas Romeris Universiteti və İsveçrənin UBIS universiteti (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) ilə ikili diplom proqramları həyata keçirir. Eləcə də bakalavr səviyyəsi üzrə Böyük Britaniyanın London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) beynəlxalq proqramına qoşulub, Qərbi Makedoniya Universiteti ilə isə birgə magistr proqramı reallaşdırır.
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed