Şrift:
Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv edilir
31.05.2020 [14:25] - Xəbərlər, Siyasət
Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələb olunmayacaq

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Sənədə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Qeyd edək ki, mövcud qanunvericilikdə isə bu müddət 30 gün idi.
Bu xəbər oxucular tərəfindən 179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed