Şrift:
Misir iyunun 15-dən beynəlxalq uçuşları bərpa edəcək
01.06.2020 [10:10] - Gündəm, Sosial
Misir Nazirlər Kabinetinin mətbuat katibi Nadir Səed bildirib ki, iyunun 15-dən başlayaraq beynəlxalq uçuşlar mərhələli şəkildə bərpa ediləcək. O əlavə edib ki, bu məsələ hökumətin gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq. Hökumət rəsmisi qeyd edib ki, koronavirusla pandemiyası ilə əlaqədar vəziyyət də nəzərə alınacaq və beynəlxalq aviareyslər buna uyğun olaraq açılacaq

Artıq bir neçə aviaşirkət iyulun əvvəlində Misirə uçuşları bərpa etmək istədiyini bəyan edib. Misir hökuməti ölkənin beynəlxalq aeroportlarında pandemiya əleyhinə profilaktik tədbirlər həyata keçirir. Hazırda bu hava limanları çarter və karqo aviareyslərini qəbul edir. Bundan başqa, “EgyptAir” şirkəti Misir vətəndaşlarını xarici ölkələrdən gətirmək üçün uçuşlar həyata keçirir. Qeyd olunub ki, indiyədək 12 min misirli aviaşirkətin çarter reysləri ilə vətənə qayıdıb.

Hökumətin rəsmi məlumatında bildirilir ki, pandemiya dövründə Misirin mülki aviasiya sektoru 142 milyon dollardan çox zərərə uğrayıb. Turizm sektoru isə hər ay 1 milyard dollara yaxın vəsait itirir. Bu dərin böhrandan çıxmaq məqsədilə Misir hökuməti “EgyptAir” aviaşirkətinə 126 milyon dollar kredit ayırıb.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed