Şrift:
Yaponiyanın Kitakyuşu şəhərindəki məktəbdə koronavirusa kütləvi yoluxma qeydə alınıb
01.06.2020 [10:45] - Xəbərlər, Sosial
Yaponiyanın cənub-qərbində yerləşən Kitakyuşu şəhərindəki ibtidai məktəbdə şagirdlər arasında koronavirusa yeni yoluxma halları qeydə alınıb.

Məktəblilər arasında qeydə alınan 12 yoluxandan dördü həmin şəhərin Kokura-minami rayonunda yerləşən Moritsune ibtidai məktəbinin şagirdidir. Həmin dörd məktəbli ilə bir sinifdə oxuyan şagirdlərdə koronavirusa yoluxma ötən həftə aşkar edilib.

Bu şəhərin üç ibtidai və natamam orta məktəbi şagirdlər arasında virusa yoluxma aşkar edildikdən sonra bağlanıb.

Şəhər təhsil şöbəsi ibtidai və natamam orta məktəblərin rəhbərlərinə müraciət edərək şagirdlərin hərarətinin və ümumi sağlamlaığının ciddi şəkildə yoxlanmasını xahiş edib.

Bununla yanaşı, şəhər administrasiyasının rəhbərliyi virusa yoluxmuş şagirdlərin diskriminasiya və təhqirlərdən qorunması məqsədilə müvafiq tədbirlərin görülməsinə də çağırıb.

Bildirilir ki, son doqquz gündə Kitakyuşu şəhərində 97 virusa yoluxma halı qeydə alınıb. Bu zaman 34 halda ilkin mənbəni təyin etmək mümkün olmayıb
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed