Şrift:
Ermənilər Rusiya ilə oyunda bayrağımızı yandırıblar.
18.10.2012 [12:09] - Hadisə
Oktyabrın 16-da Rusiya və Azərbaycan milli komandaları arasında keçirilmiş 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı erməni azarkeşlər təxribata əl atıblar.

Bu barədə gazeta.ru saytının əməkdaşına "Lujniki" stadionundakı oyunu izləyən yığmamızın azarkeşləri bildiriblər.

Onlar ermənilərin Azərbaycan bayrağını yandırdıqlarını söyləyiblər. Hadisə matçın ilk yarısında D sektorunda baş verib. Jurnalistin "Niyə görə qərara aldınız ki, bunlar məhz ermənilər olublar" sualına həmyerlilərimizin cavabı belə olub: "Çünki onlar özləri ilə Ermənistan bayrağı da gətirmişdilər".
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed