Şrift:
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 38 min 489 nəfərə çatıb
01.06.2020 [14:36] - Gündəm, Sosial
Böyük Britaniyada koronavirusdan son 24 saat ərzində 113 nəfər həyatını itirib. Bu xəstəlikdən ölənlərin ümumi sayı isə 38 min 489 nəfərə çatıb.

Koronavirusdan həyatını itirənlərin sayına görə Böyük Britaniya Avropada birinci, dünyada isə ikinci yerdədir.

Lakin bunlara baxmayaraq hökumətin karantindən mərhələli şəkildə çıxma planı tətbiq olunur. Belə ki, bu gündən etibarən mağazalar, avtomobil mərkəzləri və uşaq bağçaları fəaliyyətə başlayıb. İyunun 4-dən etibarən ibtidai məktəblərin açılması planlaşdırılıb. İyunun 15-dən isə böyük ticarət mərkəzləri fəaliyyətə başlayacaq.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed