Şrift:
Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb
01.06.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın “Təsnim” xəbər agentliyinə müsahibə verən Məhdəvi ictimai nəqliyyatda sərnişinlərin qoruyucu maska taxmasının məcburi olması ilə bağlı verilən qərarın uzadılmasını deyib.





O əlavə edib ki, fəaliyyətə başlamalarına icazə verilən ticarət obyektləri sanitariya-gigiyena qaydalarına riayət etməsələr məhdudiyyətlər təkrar bərpa olacaq.





Məhdəvi həmçinin bildirib ki, Təbrizin Vəliəsr, Xətib, Əbbasi, Erəm və şəhərin kənar məhəllələri koronavirusun ən geniş yayıldığı bölgələrdir.





“Son günlərdə koronavirusa yoluxanların xəstəxanalara yerləşdirilməsində, eləcə də ölüm hallarında 50 faiz azalma müşahidə olunur, lakin yoluxma halları artmaqdadır,” deyə o qeyd edib.





Mer həmçinin bildirib ki, 15-25 yaş arası gənclər və yeniyetmələrdə virusa yoluxma halları artıb.





Uşaq əyləncə mərkəzlərinin fəaliyyətinin iyunun 5-dən sonra bərpa ediləcəyini deyən Məhdəvi Məscidlərdə hələlik cəmaat namazı istisna olmaqla digər fəaliyyətlərin qadağan olduğunu bildirib.



İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed