Şrift:
İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb
01.06.2020 [14:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur son 24 saat ərzində 81 ölüm halı ilə infeksiyadan dünyasını dəyişmiş şəxslərin ümumi sayının 7878 nəfərə yüksəldiyini deyib.


Onun sözləri görə, son sutka ərzində 2979 yeni yoluxma faktı aşkarlanıb. Bununla da ölkədə COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 154 445 nəfərə çatıb.


Cahanpur həmçinin qeyd edib ki, indiyədək 121 004 xəstə tam sağalaraq evə buraxılıb. Sözçü əlavə edib ki, xəstələrdən 2578 nəfərinin vəziyyəti ağırdır və onlar intensiv terapiya şöbələrində müalicələrin davam etdirirlər.


Cahanpur sonda ölkədə bu günə qədər 955 865 koronavirus testinin həyata keçirildiyini deyib.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed