Şrift:
Tacikistanda koronavirusa 3930 nəfər yoluxub
01.06.2020 [14:44] - Gündəm, Sağlıq
Tacikistanda COVID-19 koronavirusuna 3930 nəfər yoluxub.

Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutka ərzində 377 xəstə, ümumilikdə isə 2004 pasiyent sağalıb.

Pandemiya dövründə koronavirusdan 47 xəstə ölüb.

Hazırda Tacikistanda karantində 1886 adam var.

Mayın son 10 günü ərzində Rusiyadan 680 Tacikistan vətəndaşı Düşənbəyə gətirilib və bu proses davam edir.

Xatırladırıq ki, Tacikistan Mərkəzi Asiya ölkələri arasında koronavirusa ən çox yoluxan ölkə sayılır.
Bu xəbər oxucular tərəfindən 203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed