Şrift:
Misirli nazir ölkədə koronavirusa yoluxanların sayının 100 mini ötəcəyi barədə xəbərdarlıq edib
02.06.2020 [09:54] - Gündəm, Sosial
Misirin Ali Təhsil və Elmi Tədqiqatlar naziri Xalid Əbdül-Qafar bildirib ki, 105 milyondan çox əhalisi olan bu ölkədə gələcəkdə yeni növ koronavirusa yoluxanları sayı 100 min nəfəri keçə bilər. Nazir mayın sonunda Prezident Əbdülfəttah əs-Sisinin yanında keçirilən müşavirədə bəyan etmişdi ki, Misirdə koronavirus xəstələrinin sayı rəsmi rəqəmlərdə göstəriləndən daha çox – 71 min nəfərə yaxındır.

Misirin Səhiyyə Nazirliyi iyunun 1-də yeni növ koronavirusla bağlı vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1399 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 26 min 384 nəfərə çatıb. O əlavə edib ki, iyunun 1-də Misirdə daha 46 insan yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1005 nəfərdir. Bundan başqa, sutka ərzində 410 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 6294 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed