Şrift:
Slovakiyada ibtidai məktəblərdə tədris bərpa olunub
02.06.2020 [09:57] - Gündəm, Sosial
İyunun 1-dən etibarən Slovakiyada bütün ibtidai məktəblərdə tədris bərpa olunub.

Pandemiya ilə əlaqədar martdan dərslərə fasilə verilən məktəblərdə tədris prosesi ciddi gigiyena tələbləri əsasında baş tutacaq. İbtidai məktəblərlə yanaşı məktəbəqədər təhsil müəssisələri də fəaliyyətlərini bərpa ediblər.

Slovakiya Təhsil Nazirliyinin yaydığı məlumata görə, yuxarı siniflər hələlik dərsləri onlayn rejimdə davam etdirməlidirlər. Fəaliyyətini bərpa edən məktəblərdə şagirdlərin dərslərə cəlb olunması könüllülük prinsipi əsasında baş tutacaq. Slovakiya Avropada ən az yoluxma hallarının olduğu ölkələr sırasında yer alsa da, əhali arasında koronavirusa yoluxma qorxusu böyükdür. Təhsil naziri Branislav Qröhlinq 70-80 faiz şagirdin həqiqətən də dərslərə gələcəyini gözlədiklərini bildirib.

Qeyd edilməlidir ki, 5,4 milyon əhalisi olan Slovakiyada indiyədək 1522 nəfər koronavirusa yoluxub, onlarda 28 nəfər COVID-19 xəstəliyi ilə əlaqədar dünyasını dəyişib, sonuncu ölüm halı isə mayın 15-də qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 90 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed