Şrift:
Yaponiyada İmperator sarayı iki aylıq fasilədən sonra ictimaiyyət üçün açılıb
02.06.2020 [10:11] - Gündəm, Sosial
Koronavirus pandemiyasına görə bağlanmış Yaponiya İmperatoru Sarayının Şərq bağı iyunun 2-də iki aylıq fasilədən sonra yenidən ictimaiyyət üçün açılıb.

İmperator saray dəftərxanası xəbər verir ki, bağı hər gün səhər və günorta saatlarında təqribən 50 nəfərin ziyarət etməsinə icazə verilir. Ziyarətçilər Şərq bağı ilə yanaşı, İmperator kolleksiyaları muzeyinə də baxa bilərlər. Onlardan tibbi maska taxmaları xahiş edilir və saray xidmətçiləri onların temperaturunu ölçür.

Xatırladaq ki, Şərq bağı martın 28-də, İmperator kolleksiyaları muzeyi isə fevralın 29-da koronavirus təhlükəsi ilə əlaqədar bağlanmışdı.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed