Şrift:
BP ötən il Azərbaycandakı layihələri üzrə 11 qazma qurğusunu dənizdəki əməliyyatlara cəlb edib
02.06.2020 [11:04] - Gündəm, İqtisadiyyat
BP şirkəti keçən il Azərbaycandakı neft-qaz layihələri üzrə 9 qazma qurğusu, o cümlədən 2 səyyar qazma qurğusunu dənizdəki əməliyyatlarına cəlb edib.

Bu barədə BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”nda deyilir.

Qeyd edək ki, şirkət 1995-ci ildə əməliyyatların başlamasından bəri (ötən ilin sonuna kimi) Azərbaycanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinə 75 milyard dollar əsaslı xərclər çəkib
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed