Şrift:
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1845 nəfərdir
02.06.2020 [11:36] - Gündəm, Sağlıq
Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 1845 nəfərə çatıb.

Bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, indiyədək bu virusdan 1219 nəfər sağalıb, 17 xəstə ölüb.

Nazir müavini vurğulayıb ki, son sutka ərzində 2 həkim koronavirusa yoluxub. Pandemiya dövründə isə ölkədə 364 həkim və orta tibb işçisi koronavirusa tutulub, onların 254-ü sağalıb.

N.Usenbayev deyib ki, bu gün Minskdən 179 Qırğızıstan vətəndaşı Bişkekə gətirilib və karantinə yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed