Şrift:
Ukraynada son iki gündə koronavirusa yoluxma halları azalıb
02.06.2020 [12:33] - Gündəm, Sosial
Son sutkada Ukraynada 328 nəfər koronavirusa yoluxub, 9 nəfər isə ölüb, 388 xəstə tam müalicə olunaraq evə buraxılıb. Son iki gündə koronavirusa yoluxma halları ötən günlərlə müqayisədə azalıb.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 24 min 340 nəfərə çatıb. Virusdan ölənlərin sayı 727 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 10078-i müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed