Şrift:
Ermənistanda koronavirusa yoluxanların sayı on mini keçib
02.06.2020 [16:18] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda son sutka ərzində 517 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə daha 19 nəfər bu virusdan ölüb.

Bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib.

Onun sözlərinə görə, hazırda Ermənistanda virusa yoluxanların sayı 10 009 nəfər təşkil edir.

Ölkədə pandemiyadan ölənlərin sayı 158 nəfərə çatıb.

Bildirilib ki, hazırda Ermənistanda 6368 aktiv koronavirus xəstəsi var. Onların sırasında ölkənin baş naziri Nikol Paşinyan və onun ailəsi də var.

Nazir deyib ki, Ermənistanda COVID-19-a yoluxanlardan 440-nın vəziyyəti ağır, 55-nin vəziyyəti isə kritikdir. Bunlardan 16 nəfəri süni nəfəs aparatına qoşulub.

A.Torosyan hələlik bu vəziyyətin öhdəsindən gələ bilmədiklərini bildirib.

Xatırladaq ki, Ermənistanda koronavirusa qarşı mübarizə çərçivəsində martın 16-dan fövqəladə vəziyyət rejimi tətbiq olunub və bu vəziyyət iyunun 13-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed