Şrift:
Azərbaycan Dərbəndinə yardım göndərdi.
18.10.2012 [12:45] - Gündəm, Dərbənd
Dağıstanın Dərbənd şəhərində güclü leysan yağışları nəticəsində zərərçəkmiş insanlara bu gün Azərbaycanın Fövqəladə Hallar Nazirliyi yardım karvanı göndərib.

18 yük maşınından ibarət karvanda qida, dərman ləvazimatları, məişət texnikası da var. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı İlham Abdullayev yardımın sabah günorta saatlarında ünvanına çatacağını deyib. Qeyd edək ki, Dərbənddə təbii fəlakət nəticəsində 300-dən çox ev su altında qalıb, 7 nəfər ölüb.

“Cənab baş ali komandanın göstərişi ilə 18 avtomobildən ibarət yardım karvanı göndərilir. Avtomobil karvanında ərzaq məhsulları – şəkər, qənd, düyü, makaron, un, habelər yataq dəstləri, soyuducular, qaz sobaları var. Yardım sabah gün ərzində hadisə yerinə çatacaq”, - deyə o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed