Şrift:
Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb
03.06.2020 [11:34] - Gündəm, Sosial
Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb. Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada Ukraynada 483 nəfər koronavirusa yoluxub, 8 nəfər isə ölüb, 362 xəstə tam müalicə olunaraq evə buraxılıb.

Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 24 min 823 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 735 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 10078-i müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed