Şrift:
Qazaxıstan vətəndaşları Bakıdan Kurık limanına yola salınıb
03.06.2020 [14:05] - Gündəm, İqtisadiyyat
İyunun 3-də 26 Qazaxıstan vətəndaşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Merkuri-1” bərə gəmisi ilə öz ölkələrinə yola salınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, Qazaxıstanda yaşamaq hüququ olan 11 həmvətənimiz də Kurık limanına yola düşüb. Yola salınan sərnişinlər ilk olaraq Bakı limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Qeyd edək ki, cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Əlavə olaraq bildirmək istərdik ki, bu günədək 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınıb.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed