Şrift:
Hindistanda diri-diri torpağa basdırılan şəxs xilas ola bilib
03.06.2020 [14:06] - Gündəm, Hadisə
Hindistanda cinayətkarların diri-diri torpağa basdırdığı Qondal şəhərinin sakini Kapil Marakana qəbirdən çıxaraq xilas ola bilib

“The Times of India” qəzeti xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə, sabiq sahibkar cinayətkar dəstəsi ilə birgə iflasa uğramasında günahkar bildiyi zərərçəkən şəxsi oğurlayaraq döyüb, sonra isə əllərini və ayaqların bağlayaraq torpağa basdırıb.

Kapil Marakana çabalaya-çabalaya torpağın altından çıxıb və yaxınlıqda yerləşən həbsxanaya gələrək hadisə barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində cinayətkar həbs olunub.
Bu xəbər oxucular tərəfindən 134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed