Şrift:
ABŞ polisi etiraz aksiyalarının əvvəlindən bəri azı 9 min nəfəri saxlayıb
03.06.2020 [14:24] - Gündəm, Sosial
ABŞ-da Minnesota ştatının Minneapolis şəhərində Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Associated Press agentliyi xəbər verir ki, təkcə Los-Anceles şəhərində 2700, Nyu-York şəhərində isə 1500 etirazçı həbs edilib. Həmçinin Dallas, Hyuston və Filadelfiya kimi iri şəhərlərin hər birində də yüzlərlə insan polis bölmələrinə aparılıb.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrlar internetdə yayıldıqdan sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb. Buna baxmayaraq, ABŞ-ın bir çox ştatında iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub. Pentaqon ABŞ paytaxtının ətrafında 1,6 minə yaxın hərbçi yerləşdirildiyi barədə məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed