Şrift:
Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb
04.06.2020 [13:11] - Gündəm, Sosial
Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada Ukraynada 588 nəfər koronavirusa yoluxub, 12 nəfər isə ölüb, 602 xəstə tam müalicə olunaraq evə buraxılıb. Ukraynada koronavirusa yoluxanların sayında sonuncu dəfə antirekord aprelin 23-də qeydə alınıb – 578 xəstə.

Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 25 min 410 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 747 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 10680-i müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed