Şrift:
Qazaxıstanda bəzi bölgələrdə karantin rejimi gücləndiriləcək
04.06.2020 [13:16] - Gündəm, Sosial
Qazaxıstanda bəzi bölgələrdə karantin rejimi gücləndiriləcək.

Qazaxıstan Səhiyyə naziri Yeljan Birtanov qeyd edib ki, bəzi regionlarda karantin tədbirlərinin yüngülləşdirilməsi koronavirusa yoluxma hallarının artmasına gətirib çıxarıb.

Bununla əlaqədar Qərbi Qazaxıstan, Qızılorda, Mangistau vilayətlərinin rəhbərliyinə sanitariya-epidemioloji tələblərə əməl olunmasına dair nəzarətin gücləndirilməsi, o cümlədən məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Son məlumatlara görə, pandemiya dövründə üç vilayətdə, Qərbi Qazaxıstanda-754, Qızılorda-449, Manqistauda–308 koronavirus hadisəsi qeydə alınıb.

Qeyd edək ki, ölkədə ümumilikdə yeni növ koronavirusa yoluxanların sayı 12067-yə çatıb, 6240 nəfər sağalıb, 48 nəfər isə həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed