Şrift:
Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib
04.06.2020 [13:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
erli mətbuatın verdiyi xəbərə görə, mayın 3-də saat 18:00 radələrində baş verən yanğını Təbriz Yanğınsöndürən Təşkilatının 18-ci, 19-cu və 1-ci yanğınsöndürmə məntəqələrinin iştirakı ilə söndürmək mümkün olub. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.



Təxminən 13 hektar sahəsi olan “Rəbi-Rəşidi” 700 il öncə Elxanilər dövlətinin vəziri Rəşidəddin Fəzlullah tərəfindən təsis edilib. “Rəbi-Rəşidi” şəhərciyində 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam və zərbxana, eləcədə 7 min tələbəsi və 450 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi.



Azərbaycan memarlığı üslubunda salınan elmi şəhərcik o zamanın ən böyük intellekt mühiti sayılırdı. “Rəbi-Rəşidi”də tibb, astronomiya və dəqiq elmlər sahəsində araşdırmalar aparılırdı. Tarixi abidə 1975-ci ildə 934 nömrəsi ilə ölkənin milli abidələr siyahısında qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed