Şrift:
İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib
04.06.2020 [13:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmid Həsənzadə “Fars” xəbər agentliyinə verdiyi müsahibədə Qoşaçayın icra hakimiyyəti başçılarının vali tərəfindən tez-tez dəyişdirilməsini tənqid edərək bunu Şəhriyarinin bacarıqsızlığı ilə əlaqələndirib.





“Müəyyən bir şəxsin icra başçısı seçilməsi ilə bağlı problemimiz yoxdur. Əsas problem idarəetmənin qeyri-sabitliyidir. Son 7 il ərzində 4 icra başçısı dəyişdirilib. Bu qeyri-sabitlik Miyandabın inkişafına mane olur,” deyə Həsənzadə vurğulayıb.





İcra başçılarının tez-tez dəyişdirilməsi valinin zəifliyinin əlamətidir deyən imam cümə əlavə edib ki, Qoşaçayın öncəki icra başçısının seçilməsi də, onun erkən işdən azad edilməsi də düzgün prinsiplərə söykənmirdi.





Həsənzadə həmçinin Qoşaçaya yerli icra başçısı təyin olunmasının zəruri olduğunu vurğulayıb.





“Yerli olmayan icra başçısı şəhərin imkanlarını müəyyənləşdirməkdə çətinlik çəkəcəkdir,” deyə o bildirib.





İmam cümə Qoşaçayın məişət tullantılarının toplanması probleminin həll olunmamasını da valinin idarəçilikdə yola verdiyi bacarıqsızlığın başqa nümunəsi olaraq dəyərləndirib.





Qeyd edək ki, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Şəhriyari hər zaman Azərbaycana qarşı sərgilədiyi mövqeylə seçilib. O, sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan əyalətində vəzifəyə gətirilib. Məhəmməd Mehdi Şəhriyari bölgənin kürdləşdirilməsi prosesini sürətləndirmək məqsədi ilə həssas işlərdə çalışan türkləri kürd kökənli məsullarla dəyişib.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed