Şrift:
İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb
04.06.2020 [14:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü bu gün mediaya açıqlamasında pandemiya yoluxucu xəstəliyi qurbanlarının son statistikasına açıqlayaraq məlumat yayıb.


Cahanpurun dediyinə görə, bununla da son bir gün ərzində İranda koronavirusdan ölənlərin sayı 8071 nəfərə, infeksiyaya yoluxanların sayı isə 164 min 270 nəfərə yüksəlib.



Məlumatda həmçinin bildirilir ki, ötən bir sutka ərzində İranda xəstəlikdən sağalıb evə buraxılanların sayı artaraq, 127 min 485 nəfəri keçib. Hazırda isə, “Covid-19” xəstəliyinə yoluxan və xüsusi rejimli xəstgəxanalarda müalicə alan 2569 xəstənin vəziyyətinin ağır olduğu bildirilir.


Cahanpur, koronavirusun hazırda İranın Xuzistan, Hormozqan, Kürdüstan və Kirmanşah əyalətlərində tüğyan etdiyini və həmin bölgələrdə vəziyyətin fəlakət həddinə gəlib çatdığını bildirib.



İran Səhiyyə Nazirliyi yaydığı son rəsmi statistikada, bu günə qədər İranda koronavirusdan ölənlərin sayının 8071 nəfərə, yoluxanların sayının isə 164270 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 50 min nəfəri keçdiyini, 1 milyon 100 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed